Azərbaycan Respublİkası Standartlaşdırma, Metrologİya və Patent üzrə Dövlət Komİtəsİnİn
Respublİka Elmİ Texnİkİ Kİtabxanası
Ünvan: AZ 1072, Bakı Şəhəri, Aşıq Alı küçəsi 5. Telefon: +994 (012) 564- 52- 51
Elektron poçt: retk95@mail.ru
İş qrafiki: həftənin bütün günləri fasiləsiz olaraq işləyir
 
 
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi



"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Komitə yanında Dövlət Metrologiya Xidməti, Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Respublika Elmi- Texniki Kitabxanası ən böyük elmi- sahəvi kitabxanalardan biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və digər ədəbiyyatı özündə əks etdirən elmi- tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük elmi müəsisədir.
Bu gün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Repsublika Elmi- Texniki Kitabxanası respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi- tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı- ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat- biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.
RETK- nın fondunda ictimai- siyasi ədəbiyyat,elmi- texniki , sorğu materiallar, dövri və ardı davam edən nəşrlər, təcrübə- konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq- patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyat qorunub saxlanır.
Onu da qeyd edək ki, Azərbaycanın neft və qaz hasilatı sənayesi sahəsinə aid olan çox qədim ədəbiyyatlar fondda xüsusi saxlanılır.

Respublika Elmi- Texniki kitabxanasının 13 şöbəsi fəaliyyət göstərir.
1. Rəhbərlik
2. Təsərrüfat şöbəsi
3. Komplektləşdirmə şöbəsi
4. Elmi Kitabişləmə şöbəsi
5. Xidmət şöbəsi: 1. Abonement bölməsi; 2. Oxu zalı bölməsi; 3. Fond bölməsi; 4. Kitabxanalar arası abonement bölməsi; 5. Dx və mübadilə fondu bölməsi;
6. Elmi- Metodik şöbə
7. Məlumat- Biblioqrafiya şöbəsi
8. Xarici ədəbiyyat şöbəsi
9. Differensial Məlumat Xidməti və Tədqiqat şöbəsi
10.İnformasiya Texnologiyaları şöbəsi
11.Respublika Patent fondu
12.Respublika Normativ Sənədlər fondu
13. Gəncə filialı


Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir
| 12.12.2016-cı il |
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu... Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi... 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu... 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü... Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı... ... Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət kəsilmək kifayətdir... Heydər Əliyev hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü ... 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzaranı qat-qat yüksəldi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırılaraq 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvələrində ən nüfuzlu ali məktəblərərespublikamızdan təhsil almağa göndərilənlərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan 2 respublikasından birinə çevrildi... 1993—2003-cü illər də ulu öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi... Ümummilli liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin müddətdə Ümumi Daxili Məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi. Ümummilli liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu öndər strateji hədəfləri zərgərdəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasət, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzaranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair ümummilli liderin başlıca strateji hədəfləri idi. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır... Ümumilikdə, ulu öndərin Azərbycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi... ... 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür... O da ən ümdə xəyalları gerçəyliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir... Məhz Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarımkönül münasibət bəsləyən millətlər indi bütün varlıqları ilə Azərbaycana əl üzadır, strateji dostluq andı içirlər... Hazırda sözün böyük mənasında doğma Azərbaycanımız 21-ci əsrin nur qapısıdır... Ölkəmiz zəngin iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir... Respublika Elmi- Texniki Kitabxanasında ulu öndərin anım mərasimi ilə bağlı tədbir keçirildi.Tədbirdə kitabxananın direktoru A.Ə.Orucova və kitabxana əməkdaşlarıl çıxış edərək ulu öndər H.Əliyev cənablarının yeritdiyi uğurlu siyasətdən, Azərbaycan xalqına qazandırdığı müstəqil ölkə quruculuğundan söhbət açdılar.Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
 
Ümumdünya əməyin mühafizəsi günü
| 02.04.2016-cı il |
Ümumdünya əməyin mühafizəsi günü münasibətilə keçirilmiş tədbirdə Tədbirdə kitabxana əməkdaşları və tədbirə gələn qonaqlar çıxış etdilər. Əməyin mühafizəsi , təhlükəsizlik qaydaları və iş zamanı təhlükəsizliyin mühafizəsi ilə bağlı məlumatlar tədbir iştirakçılarına çatdırıldı.
 
 
"Hərəmizə bir ağac"
| 30 mart 2016-cı il |
Ekologiya günü münasibətilə kitabxana rəhbərliyi əməkdaşlarla bərabər yaşıllaşdırma tədbiri təşkil etdilər. Ekologiya günü münasibətilə "Hərəmizə bir ağac" şuarı ilə tədbirdə Kitabxana əməkdaşları basda direktor olmaqla kitabxana əməkdaşları fəal iştirak etdilər.
 
 
20 Yanvar faciəsi
| 19.01.2016-cı il |
20 Yanvar faciəsinin il dönümüylə bağlı tədbir keçirilmişdir.Tədbirdə kitabxana əməkdaşları çıxış etdilər. Tədbiri çıxış sözü ilə Direktor A.Orucova açdı.İlk öncə şəhidlərimiz ruhu 1 dəqiqəlik sükutla yad edildi.A.Orucova düşmənlərimizin bizə qarşı həyata keçirtdiyi işğalçı siyasətdən, bu siyəsətin xalqa gətirdiyi zülmlərdən danışdı.İştirakçılardan o hadisələrin şahidi olanlarda çıxış edərək, şəhidləri yad etdilər.
 
 
 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Komitə yanında Dövlət Metrologiya Xidməti, Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.