Azərbaycan Respublİkası Əqlİ Mülkİyyət Agentlİyİnİn 
Respublİka Elmİ-Texnİkİ Kİtabxanası

Ünvan: AZ 1078, Bakı Şəhəri, Mərdanov qardaşları küçəsi 124. Telefon: +994 (012) 449 62 56
Elektron poçt: retk95@mail.ru
İş qrafiki: Həftənin bütün günləri (bazar günü istisna) saat 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Ümumi məlumat

| 10.11.2016-cı il |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Respublika Elmi- Texniki Kitabxanası ən böyük elmi- sahəvi kitabxanalardan biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və digər ədəbiyyatı özündə əks etdirən elmi- tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük elmi müəsisədir.Bu gün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Repsublika Elmi- Texniki Kitabxanası respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi- tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı- ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat- biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.RETK- nın fondunda ictimai- siyasi ədəbiyyat,elmi- texniki , sorğu materiallar, dövri və ardı davam edən nəşrlər, təcrübə- konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq- patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyat qorunub saxlanır. Onu da qeyd edək ki, Azərbaycanın neft və qaz hasilatı sənayesi sahəsinə aid olan çox qədim ədəbiyyatlar fondda xüsusi saxlanılır.
Kitabxananın tarixi
| 10 noyabr 2016-cı il |
1920- ci ilin mayında Sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi həmişəlik milliləşdirildi və Azneftkom yaradıldı. Azneftkomun texniki şöbəsində kiçik bir məlumat kitabxanası var idi. Bu kitabxana haqqında ilk məlumat “Azərbaycan neft təsərrüfatı “ jurnalında verilmişdi. 1920-ci ilə qədər Bakıda fəaliyyət göstərən texniki cəmiyyətlərin kitabxana fondları bazası əsasında yaradılmışdı.1921-ci ildə kitabxananın fondunda 271 nüsxə kitab toplanmışdı ki, bu da o dövr üçün çox böyük rəqəm idi. Kitabxana “Azərneft” in fəhlə, qulluqçu və mühəndisləri ilə yanaşı bütün texniki ali və orta məktəblərin tələbə və müəllim heyətinə də məlumat- biblioqrafiya və kitabxana xidmətləri göstərirdi. Azneftin 22 sentyabr 1930-cu il tarixli 1446 saylı əmrinə əsasən 1930- cu ildə “Neftçi” klubu kitabxanasının bazası əsasında ölkənin ilk elmi- texniki kitabxanası – Azneftin Mərkəzi Texniki Kitabxanası yaradılmışdır. 1957-ci il 29 avqust 483 nömrəli qərarına əsasən bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm və Texnika Komitəsinin nəzdində Respublika Elmi- Texniki kitabxanasına çevrildi. 1957-ci il kitabxana üçün xüsusilə əlamətdardır. Ümumiyyətlə kitabxana işinin aşağıdakı istiqamətlərində irəliləyiş hiss olunurdu. 1. Kitabxananın fondunun zənginləşməsi – 93.941 ç.v. ədəbiyyat 2. Oxucuların sayının artması- 4652 nəfər 3. İnformasiya və məlumat –biblioqrafiya işinin başa çatdırılması 4. Fond və kataloqların sistemləşdirilməsi işinin başa çatdırılması 5. Texniki kitabxanalara köməklik məqsədilə aparılan işin gücün gücləndirilməsi. Kitabxananın qeydiyyatında 120 müəssisə kitabxanası vardı. Bütün bunlar nəzərə alınaraq kitabxananın işini dövrün tələblərinə uyğun olaraq yenidən qurulması vacib idi. Fəaliyyət göstərdiyi illər ərzində Respublika Elmi- Texniki kitabxanası müxtəlif inkişaf mərhələləri keçmiş, fondlarını zənginləşdirmiş, kataloq və kartotekalar sistemini təkmilləşdirmiş və başlıca funksiyası hesap olunan elmi-texniki informasiya təminatını yerinə yetirməyi çalışmışdır.Bu dövr kəsiyi ərzində kitabxananın idarə tabeçiliyi dəfələrlə dəyişmişdir. Uzun müddət ərzində RETK Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində fəaliyyət göstərmişdir. 70- 80-ci illəri RETK- nın inkişaf tarixində ən yüksək mərhələ hesab etmək düzgün olardı.Həmin vaxt artıq kitabxana Moskvadakı Ümumittifaq Elmi- tədqiqat Elmi- Texniki İnformasiya Kitabxanası, eləcə də Qazaxıstan, Özbəkistan, Estoniya, Latviya,Litva, Ukrayna və digər respublikaların Elmi- Texniki Kitabxanaları ilə sıx, işgüzar əlaqələr qurmuş, bu müəssisələrlə kitab mübadilələri aparırdı. 60- cı illərdə kitabxana Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində fəaliyyət göstərmişdir.Sonralar Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeçiliyinə verilib. 2002-ci ildən RETK Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (2008-ci ildən Dövlət Komitəsi) nəzdində fəaliyyət göstərir. RETK- nın ötən əsrin 70- ci illərində bir sıra sənaye şəhərlərində filialları yaranmağa başlamışdır.O cümlədən Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Xankənkində, Sumqayıtda filiallar fəaliyyət göstərirdi.Məlum səbəblər üzündən (ölkənin müharibə şəraitində olması, maliyyə çətinliyi) Respublika Elmi- Texniki Kitabxanasının Stepanakert (Xankəndi), Əlibayramlı və Sumqayıt filialları bağlanmışdır. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Naxçıvan şəhərində filialı və həmin filialın tərkibində Naxçıvan Muxtar Respublikasının Elmi- Texniki Kitabxanasının yaradılmasını nəzərə alaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 16 yanvar 2004- cü il tarixli 006b saylı əmrinə uyğun olaraq Respublika Elmi- Texniki Kitabxanası müvafiq olaraq bütün fondu ilə birlikdə Naxçıvan şəhərindəki yeni yaradılmış Respublika Elmi- Texniki Kitabxanasına verildi. 1967-ci ildə yaradılmış Respublika Standartlar və Normativ- texniki sənədlər fondu, 1972- ci ildə əsası qoyulmuş Depozitar mühafizə fondu, 1968- ci ildə işlənib tətbiq edilən “Məlumatın seçilib paylanması” sistemi, 1972- ci ildən Vahid Respublika Məlumat- İnformasiya Fondu oxucuların tam ixtiyarına verilmişdi. 1972- ci ildən Respublika Elmi- Texniki Kitabxanası texniki ədəbiyyatın qorunub mühafizə edildiyi depozitariya hesab olunur. Depozitar- mühafizə və mübadilə fondlarına olan oxucu sifarişlərini müntəzəm yerinə yetirir. 1976- cı ildə RETK- də Elmi- tədqiqat işləri şöbəsi yaradılmışdır.Şöbənin əsas vəzifəsi avtomatlaşdırılmış kitabxana- biblioqrafiya proseslərinin tətbiqi sahəsində elmi- tədqiqat işi aparmaqdan ibarətdir. 1977- ci ildə RETK və respublikanın Elmi- Texniki kitabxanalar şəbəkəsi texnoloji proseslərinin idarə edilməsi üzrə kompleks regional avtomatlaşdırma sistemi işlənib hazırlandı. 11 yarımsistemdən ibarət “ Kitabxana- biblioqrafiya proseslərinin idarə edilməsi üzrə kompleks regional avtomatlaşdırması” sistemi respublikadakı elmi- texniki kitabxanalar şəbəkəsini tam əhatə edirdi. Azərbaycan ETETMİ ( Azərbaycan Elmi- Tədqiqat Elmi- Texniki Məlumat Mərkəzi) və Sverdlovsk Pedaqoji İnstitutunun Məlumat Mərkəzi ilə birgə işlənib hazırlanmış həmin sistem 6 texnoloji (fondun komplektləşdirilməsi; elmi kitabişləmə; fondun yerləşdirilməsi və qorunması; məlumat- biblioqrafiya xidməti;Kitabxanada xidmət; idarəetmə) , istehsalat ( əmək və əməkhaqqı; maddi- texniki təminat) altsistem, 53 tapşırıq və 1300 sualdan ibarət idi. Sistem RETK, onun filialları və respublikanın 14 Elmi- Texniki dayaq kitabxanasında bütün texnoloji proseslərinin avtomatlaşdırılması, kitabxanaşünaslıq və biblioqrafiya sahələri üzrə hərtərəfli elmi- tədqiqat işi aparmağa imkan verirdi. 1976- 1986 -ci illər ərzindəki fəaliyyəti dövründə elmi- tədqiqat işləri şöbəsi tərəfindən işlənərək tətbiq olunan “Kitabxana xidməti” kimi vacib sahəsi müəyyən səmərə vermişdir. Sonralar keçmiş MDB məkanında bir çox respublikalar təcrübə mübadiləsi əsasında həmin sistemi tətbiq etməyə başladılar. 1982- ci il kitabxanada Avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi və istismarı sistemi işlənib hazılandı.Bütün bunlar sənayenin inkişafı ilə əlaqədar olaraq elmi- texniki ədəbiyyata artan oxucu tələbatını ödəməyə xidmət edirdi. 1988- ci ildə RETK- nın fondu 17700000 çap nüsxəsi idi. Oxucuların sayı 19000 nəfər idi.Ədəbiyyat verilişi – 4116000 çap nüsxəsi təşkil edir. Kitabxanada 148 nəfər işçi çalışırdı. Bunlardan 54 nəfəri ali ixtisas təhsilli, 32 nəfəri isə orta ixtisas təhsill və 62 nəfər isə digər peşə sahibləridir. 1993- cü ildə Respublika Elmi- Texniki Kitabxanası yeni yaranmış Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi tabeçiliyinə keçirilmişdir Azərbaycan Respublikası prezidentinin 623 №- li 27 dekabr 2001- ci il fərmanı əsasında Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi ləğv edilmiş və həmin fərmana əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Respublika Elmi- Texniki Kitabxanası da həmin qurumun nəzdində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008- ci il tarixli 53 № -li sərəncamına əsasən Azərb. Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ləğv edilərək əvəzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təşkil edildi. Respublika Elmi- Texniki kitabxanası da müvafiq olaraq həmin dövrdən etibarən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir. Respublika Elmi- Texniki Kitabxanası respublikanın böyük elmi- sahəvi kitabxanalarından biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətlərindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ- texniki sənədlər, xarici ölkələrin jurnalları, dövrü və aralı davam edən nəşrləri, mətbuatda dərc etdirən, elmi- tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük bir müəssisədir. Xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərəqqi dövri kimi daxil olmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev ulu öndərin layiqli davamçısı kimi kitabxanaçılığın inkişafı naminə onun həyata keçirdiyi böyük işləri bu gün də əzmlə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008- 2013- cü illərdə inkişafı üzrə “Dövlət Proqramı “ nın təsdiq edilməsi barədə Sərəncamı ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasında, elmi- mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsində, cəmiyyətin informasiya təminatının artırılmasında, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasında əhəmiyyətli dərəcədə böyük rol oynadı. Respublika Elmi- Texniki Kitabxanasının kollektivi də Dövlət Proqramından irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi üçün vaxtlı- vaxtında tədbirlər təşkil edilmiş, oxuculara yüksək səviyyədə xidmət, informasiya sahəsində operativ və ardıcıl məlumatın verilməsi və s. sahələrində bir çox işlər görülmüş, elmi- texniki ədəbiyyatın təbliği məqsədi ilə bir sıra sərgilər keçirilmişdir. Respublika Elmi – Texniki Kitabxanasında tarixi günlər münasibətilə müntəzəm olaraq sərgilər, tədbirlər keçirilir. Daim yeni kütləvi iş formaları tətbiq edilir. Bu tədbirlərdən “ Açıq havada sərgilər”, məşhur alimlərin, neft mütəxəssislərinin iştirakı ilə kitabxanada “ İmza günləri” keçirmək kollektiv tərəfindən təklif olunmuşdur.
Kitabxananın şöbələri
| 18.11.2016-cı il |
Respublika Elmi- Texniki kitabxanasının 13 şöbəsi fəaliyyət göstərir. 1. Rəhbərlik- direktor- Orucova Azadə Əsəd qızı 2. Təsərrüfat şöbəsi- Zülfüqarov İlyas Rəhbərəli oğlu Kitabxananın təsərrüfat işləri ilə məşğuldur. 3. Komplektləşdirmə şöbəsi- Həmidova Şükufə Ağaxan qızı Komplektləşdirmə şöbəsinə Respublika Elmi- texniki kitbxanasının sərbast struktura malik olan ən aparıcı şöbələrindən biridir.Elm və Texnikanın inkişaf nailiyyətlərini respublikanın xalq təsərrüfatında tətbiq etməyə kömək etməkdir. Şöbə kitabxananın fondunu müxtəlif mənbələr vasitəsilə zənginləşdirir.Fondu kitab mağazalarından, eyni zamanda hədiyyələr yolu ilə verilən kitablarla, avtoreferatlarla, ildə 2 dəfə yarım illiklərdə yazılan dövrü mətbuatla kompletləşdirir.Şöbənin əsas vəzifələrindən biri il boyu alınan və fonddan silinən ədəbiyyatın hesabatını aparmaqdır, belə ki, yeni alınan ədəbiyyatın inventar kitabında kitabın sərlövhəsi, müəllifi, nüsxələrin sayı, invertar nömrəsi, ili və s. məlumatlar qeyd olunur. Komplektləşdirmə şöbəsinin ən ümdə vəzifəsi kitabxananı adından məlum olduğu kimi elm və texnikanın bu və ya digər sahələrinə aid oxucu sorğusu əsasında elmi- texniki o cümlədən neftə aid ədəbiyyatlarla komplektləşdirir. 4. Elmi Kitabişləmə şöbəsi- Salmanova Mətanət Ələsgər qızı RETK- nın elmi- kitabişləmə şöbəsi kitabxana yaranan gündən fəaliyyətə başlamışdır. Şöbə komplektləşdirilmə şöbəsindən qəbul etdiyi ədəbiyyatı texniki qaydada işləyir. Kitablar kartoçkalarda təsvir edilərək UOT – a əsasən təsnifləşdirilir. Hazırlanmış kartoçkaları indeksləşdirərək redaktə edilərək kataloqa düzülür. Elmi şəkildə işlənmiş ədəbiyyat Xidmət şöbəsinə təhvil verilir. Şöbə Azərbaycan və rus dilində olan ədəbiyyatları, jurnalları, ardı davam edən nəşrləri, bir sözlə kitabxanaya daxil olan bütün çap məhsulları rədaktə edir.Bundan əlavə fonddan çıxarılmış, köhnəlmiş , keyfiyyətini itirmiş ədəbiyyatı və dövrü nəşrlərin kartoçkaları kataloqdan müvafiq akt əsasında çıxarılır. 5. Xidmət şöbəsi- Quliyeva Xanım Şirzad qızı Xidmət şöbəsinin 5 bölməsi oxuculara xidmət göstərir. Bu bölmələr aşağıdakılardan ibarətdir: 1. Abonement bölməsi; 2. Oxu zalı bölməsi; 3. Fond bölməsi; 4. Kitabxanalar arası abonement bölməsi; 5. Dx və mübadilə fondu bölməsi; Xidmət şöbəsi oxucu gəlişi, kitab verilişi, oxucu sifarişlərinin qəbulu, onun araşdırılması, oxucuya məlumatların vaxtında çatdırılması prosesini layiqincə yerinə yetirir.Oxucu kitabxanaya üzv olduqdan sonra kataloqdan seçərək xidmət şöbəsinə müraciət edir.Oxucu sorğusu tam təmin edilir. İl ərzində Xidmət şöbəsi bütün tarixi hadisələrin, bayramların, əlamətdar günlərin və digər kütləvi tədbirlərin keçirilməsini təşkil edir.Ən başlıcası tematik (oxucu sorğusu əsasında sərgilərin keçirilməsinin təşkilini həyata keçirir. Oxu zalında yeni alınmış ədəbiyyatın sərgisi və vitrinlərin tez- tez təzələnməsi gündəmdədir. 6. Elmi- Metodik şöbə - Çubabriya Lyudmila Vladimirovna Şöbənin əsas vəzifəsi Respublikadakı idarə və müəssisələrin elmi- texniki kitabxana şəbəkəsinə köməkdən, kitabxanaçı kadrların ixtisas artırılmasına istiqamət verməkdən ibarətdir. İl ərzində şöbədə yeni metodik ədəbiyyat üzrə icmallar hazırlanır.RETK Azərbaycan Respublikası ərazisində yerləşən idarə və müəssisələrə Elmi- Texniki Kitabxanalar (ETK) şəbəkəsi üçün metodiki mərkəz hesab olunur. RETK- nın qeydiyyatında hazırda 102 Elmi- texniki kitabxana vardır. Metodik iş əsasən aşağıdakı istiqamətlərdə aparılır: Qabaqcıl kitabxana təcrübəsinin öyrənilməsi və yayılması; metodik sənədlərin hazırlanması; kitabxana işçilərinə metodik təlimat və məsləhətlər; kitabxana kadrlarının ixtisaslarının yüksəldilməsi; kitabxana işinin planlaşdırılması üzrə iş. Kitabxanaçılıq sahəsində qabaqcıl təcrübənin yayılması sahəsində, respublikada kitabxanaçı kadrların ixtisas səviyyəsinin yüksəldilməsi üçün müntəzəm surətdə seminarlar, praktikumlar, fərdi və qrup halında məsləhətlər keçirilir. Elmi- Metodik şöbənin işçiləri tərəfindən kitabxanaya daxil olmuş yeni ədəbiyyatın icmalı hazırlanmışdır. Şöbənin fondunda “ Nauçno- texniçeskiye biblioteki ”, “Biblioteka”, “ Bibliotekovedeniye” kimi jurnallar Elmi- Texniki kitabxana şəbəkəsi işçiləri, kitabxananın əməkdaşları, BDU Kitabxanaçılıq- İnformasiya fakültəsi professor- müəllim və tələbə heyəti tərəfindən istifadə olunur. 7. Məlumat- Biblioqrafiya şöbəsi- Əkbərova Gülpəri Saleh qız 1. Respublika Elmi- Texniki Kitabxanasına daxil olmuş kitabların informasiya göstəricisini, elm və texnikanın müxtəlif aktual problemlərinə aid cari və retrospektiv xarakterli biblioqrafik göstəriciləri, “ Biblioqrafiyanın biblioqrafiyası” göstəricisini tərtib edir və nəşr edir. 2. Baş Məlumat Kartotekası (BMK), Ödənilmiş Arayışlar Kartotekasını (ÖAK) təşkil edir. 3. Elm və texnikanın aktual problemlərinə dair yazılı biblioqrafik arayışlar hazırlayır və nəşr etdirir. 4. Məzmunca və keyfiyyətcə köhnəlmiş biblioqrafik materialları fonddan çıxarıb ləğv edir və qeydiyyatı aparır. 5. Respublikanın müxtəlif sənaye müəssisələrinin, idarə və təşkilatlarının sifarişi üzrə mövzu seçmələri tərtib edir. 6. Şöbə oxuculara müxtəlif mövzular üzrə həm yazılı, həm də şifahi biblioqrafik arayışlar verir. 7. Tələbələrlə təcrübə məşğələləri işini həyata keçirir. 8. Xarici ədəbiyyat şöbəsi- Məmmədova Səlahət Cabbar qızı Respublika Elmi- Texniki Kitabxanasının xarici ədəbiyyat şöbəsi 1965- cı ildə biblioqrafiya şöbəsinin tərkibində yaranmışdır. Sonralar müstəqil şöbə kimi fəaliyyət göstərmişdir. Kitabxana- biblioqrafiya xidmətinin bütün metod və üsullarından səmərəli istifadə etməklə xarici ədəbiyyatın təbliği və yayılmasını həyata keçirir. Xarici ədəbiyyat şöbəsinin fondu valyuta, reproduksiya və tərcümə edilmiş ədəbiyyatdan ibarətdir. Eləcə də fondun əsasını ingilis, alman, fransız dilində olan jurnallar və kitablar təşkil edir. Həmçininfondda qiymətli ensiklopediyalar, lüğətlər, məlumat kitabları vardır. Texnikanın və sənayenin aparıcı sahələri, neft sənayesi, arxitektura, energetika və elektronika sahələri üzrə ədəbiyyat fondda üstünlük təşkil edir. 9. Differensial Məlumat Xidməti və Tədqiqat şöbəsi- Xanaliyeva Şəfəq Əliyar qızı Kitabxananın əsas şöbələrindən biri olan DMX və tədqiqat işləri şöbəsinin əsas vəzifəsi rəhbər işçilər üçün elmi- texniki differensial məlumatın seçilməsi, işlənməsi və onlara çatdırılmasıdır. Oxuculara xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədqiqat işləri aparan şöbə kitabxanaya daxil olan oxucu sorğularını araşdıraraq elm və texnikanın sahələrinə görə qruplaşdırır.Bundan başqa şöbə kitabxanaya müraciət edən oxucuların tərkibini də araşdıraraq qruplara bölür. 10. İnformasiya Texnologiyaları şöbəsi- Mustafazadə Aygül Riza qızı İnformasiya Texnologiyaları şöbəsi müəyyən obyekt və ya proses haqqında yeni məlumatlar almaq üçün məlumatların alınması, toplanması, işlənməsi, mühafizəsi və onun istifadəsini təmin edir.Şöbə fəaliyyətini kitabxananın digər şöbələri ilə, habelə yeri gəldikdə başqa kitabxanalarla əlaqədə həyata keçirir.Şöbəyə müxtəlif mənbələrdən material və məlumatların daxil olması, onların sistemləşdirilməsi və istifadəsi qaydalarını işləyib hazırlayır.Məlumat daşıyıcılarından istifadəni, elektron avadanlıqlarının istifadəçilər arasında və şöbələr arasında bölüşdürülməsini tənzimləyir. Kitabxananın fondunda olan kitabların itmiş, cırılmış və aşınmaya məruz qalmış üz qabığı və vərəqlərini bərpa edir.Oxucuların ehtiyacı olduqda kitab və jurnalların sürətinin çıxarılaraq oxucuya təqdim edilməsi prosesini həyata keçirir. Hesabat , biblioqrafik arayış və digər lazımi sənədləri hazırlayıb müvafiq şöbələrə təqdim edir. Elektron ünvanına gələn oxucu sorğularını Xidmət şöbəsinə yönəldir. Hal- hazırda RETK-nın İnformasiya Texnologiyaları şöbəsi kitabxana fondunun elektronlaşması prosesini həyata keçirir. Yeni alınan və retro nəşrlər elektron kataloq sisteminə daxil edilir. 11. Respublika Patent fondu- Qarayeva Rəqibə Məmmədşah qızı 1967- ci ildə təşkil olunmuş Respublika Patent fondu 27 dildə dünyanın 35 ölkəsinin beynəlxalq və avropa patent idarələrinin sənədləri ilə komplektləşdirilmişdir. Respublika Patent Fondu beynəlxalq ixtira təsnifatının bütün mövzu rurikalarına görə çapdan çıxan müəllif şəhadətnamələri ilə ( kağız daşıyıcıda, mikrofilm və mikrofiş ) halında komplektləşdirilmişdir. Respublika Patent Fondunun tərkibinə aşağıdakı göstərilən növlərdə patent sənədləri daxildir: 1. Keçmiş SSR- nin patent sənədləri fondu; 2. Xarici ölkə sənədlərinin fondu; 3. ÜİETMİ- nin rus dilində xarici ölkə ixtiraları haqqında biblioqrafik və referativ məlumatları əks etdirən bülletenler; 4. Sənaye nümunələri haqqında məlumat materialları 5. Patent- lisenziya, patent- məlumatı ixtiraçılığa aid rəsmi və normativ sənədlər; 6. Keçmiş SSR və xarici sənədlərinə soraq – axtarış aparatı materialları; 7. Ixtiraçılığa, patent hüquqi və patent lisenziya məsələlərinə dair tədris, metodiki və axtarış ədəbiyyatı; 8. Ixtiraçılıq və patentşünaslığa dair dövrü nəşrlər; 9. Soraq, lüğət ədəbiyyatı. Respublika Patent Fondu hal- hazırda aşağıdakı nəşrləri alır: 1. «Mejdunarodnoye publiçnoye i çastnoye pravo» 3 nüsxə (rus dilində)-ildə 6 nüsxə 2. «İntellektualnaya sobstvennost» 3 nüsxə (rus dilində)- ildə 12 nüsxə 3. «Patenti i lisenziyi» 3 nüsxə (rus dilində)- ildə 12 nüsxə 4. Sənaye mülkiyyəti- ildə 4 nüsxə 5. Elmi- Texniki Kitabxanaya verilən hədiyyələrdən (kitab) -1 nüsxə Azərbaycan Respublikası Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsi tərəfindən verilir: 1. Patentə məxsus sənaye nümunəsinin təsviri; 2. Patentə məxsus ixtiranın təsviri; 12. Respublika Normativ- Texniki sənədlər fondu – Qazıyeva Aygün Akif qızı Normativ texniki sənədlər fondu 1964 cü ildə yaradılmışdır. 1. Normativ- Texniki sənədlərinin kompleksi və elmi işlənməsi şöbəsi; 2. Sənaye kataloqlarının kompleksləşdirilməsi və elmi işlənməsi şöbəsi; 3. Xidmət və kütləvi işlər şöbəsi; Fondun məlumat axtarış sistemi lazım olan (əlifba sistemli, nömrəli, predmet kataloqları) sənədlərin operativ şəkildə tapılmasında oxucuya kömək edir. Normativ Texniki Sənədlər fondu hazırda aşağıdakı nəşrləri alır: 1. Standartı i kaçestvo.(rus dilində) 2. Metrologiya I gidrologiya. (rus dilində) 3. İzmeritelnaya texnika .(rus dilində) 13. RETK- nın Gəncə filialı- Zamanova Məlahət Çapay qızı Respublika Elmi- texniki kitabxanasının Gəncə filialı fəaliyyət göstərir. Fondda hazırda 13371 çap nüsxəsi kitab oxucuların xidmətindədir.Respublika Elmi- Texniki kitabxanasının komplektləşdirmə şöbəsi müntəzəm olaraq Gəncə filialını yeni ədəbiyyatla təmin edir. Eyni zamanda Gəncə filialı üçün kitabxana tərəfindən Respublika qəzetinə və “ İzmeritelnaya texnika” (rus dilində) jurnalına abunə yazılmışdır.
RETK-nın Gəncə filialı
| 18.11.2016-cı il |
Respublika Elmi- texniki kitabxanasının Gəncə filialı fəaliyyət göstərir. Fondda hazırda 13371 çap nüsxəsi kitab oxucuların xidmətindədir.Respublika Elmi- Texniki kitabxanasının komplektləşdirmə şöbəsi müntəzəm olaraq Gəncə filialını yeni ədəbiyyatla təmin edir. Eyni zamanda Gəncə filialı üçün kitabxana tərəfindən Respublika qəzetinə və “ İzmeritelnaya texnika” (rus dilində) jurnalına abunə yazılmışdır.
Kitabxana hansı təşkilatla, ali məktəblərlə əməkdaşlıq edir?
| 24.02.2013-cü il |
Türkiyənin Bəyazit (İstanbul) Dövlət Kitabxanası tərəfindən 1990- cı il sentyabr ayında Respublika Elmi- Texniki Kitabxana ilə əməkdaşlıq müqaviləsi rəsmi təsdiq edilmişdir. Həmin müqavilədə il ərzində hər iki kitabxana tərəfindən ədəbiyyat mübadiləsi və iş təcrübəsini öyrənmək məqsədilə kitabxana işçilərinin qarşılıqlı ezamiyyə tədbirləri nəzərdə tutulmuşdur. Respublika Elmi- Texniki Kitabxanası Bakı Dövlət Universiteti Kitabxanaçılıq- informasiya fakültəsinin tədris- informasiya fakültəsinin tədris- istehsalat bazası hesab edilir. BDU ilə RETK arasında bağlanmış müqavilə əsasında kitabxanaçılıq- informasiya fakültəsinin tələbləri ilə praktiki məşğələlərdə iştirak edir, kitabxananın müxtəlif şöbələrinin işi ilə tanış olaraq, iş proseslərini mənimsəmişlər. Bundan əlavə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti , Milli Elmlər Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat İnstitutu və digər elm- təhsil ocaqlarından elmi işlər, dissertasiyaların, referatların 1 nüsxəsi kitabxanaya daxil olur.