Azərbaycan Respublİkasının Əqlİ Mülkİyyət Agentlİyİnİn
Respublİka Elmİ Texnİkİ Kİtabxanası
Ünvan: AZ 1078, Bakı Şəhəri, Mərdanov qardaşları küçəsi 124, Telefon: +994 (012) 449 62 56
Elektron poçt: retk95@mail.ru
İş qrafiki: həftənin bütün günləri (bazar günü istisna olmaqla) 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

 

İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 aprel 2018, 18:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycanda istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılsın.
2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Əqli Mülkiyyət Agentliyi) yaradılsın.
3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilsin.
4. Bu Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilsin.
5. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirsin.
6. Əqli Mülkiyyət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
6.1. Azərbaycan Respublikasının Prezidentinə:
6.1.1. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
6.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
6.1.3. Əqli Mülkiyyət Agentliyinin yenidən təşkili və ləğv edilməsi;
6.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
6.2.1. strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
6.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
6.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
6.3. Əqli Mülkiyyət Agentliyinə:
6.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
7. Əqli Mülkiyyət Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Patent və Əmtəə Nişanları Mərkəzi öz fəaliyyətlərini davam etdirsinlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.5. Bu Sərəncamın 4-cü hissəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansındakı əmlakın müvafiq olaraq Dövlət Agentliyinin və Əqli Mülkiyyət Agentliyinin (dövlət qeydiyyatına alındığı gündən sonra) balansına verilməsini bir ay müddətində təmin etsin;
8.6. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin balansındakı əmlakın Əqli Mülkiyyət Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Əqli Mülkiyyət Agentliyinin balansına verilməsini təmin etsin;
8.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2018-ci il.


RETK- nın fondunda ictimai- siyasi ədəbiyyat,elmi- texniki , sorğu materiallar, dövri və ardı davam edən nəşrlər, təcrübə- konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq- patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyat qorunub saxlanır.
Onu da qeyd edək ki, Azərbaycanın neft və qaz hasilatı sənayesi sahəsinə aid olan çox qədim ədəbiyyatlar fondda xüsusi saxlanılır.

Respublika Elmi- Texniki kitabxanasının 13 şöbəsi fəaliyyət göstərir.
1. Rəhbərlik
2. Təsərrüfat şöbəsi
3. Komplektləşdirmə şöbəsi
4. Elmi Kitabişləmə şöbəsi
5. Xidmət şöbəsi: 1. Abonement bölməsi; 2. Oxu zalı bölməsi; 3. Fond bölməsi; 4. Kitabxanalar arası abonement bölməsi; 5. Dx və mübadilə fondu bölməsi;
6. Elmi- Metodik şöbə
7. Məlumat- Biblioqrafiya şöbəsi
8. Xarici ədəbiyyat şöbəsi
9. Differensial Məlumat Xidməti və Tədqiqat şöbəsi
10.İnformasiya Texnologiyaları şöbəsi
11.Respublika Patent fondu
12.Respublika Normativ Sənədlər fondu
13. Gəncə filialı

 
Rəhbərlik
Respublika Elmi Texniki Kitabxananın direktoru- Orucova Azadə Əsəd qızı
Kitabxananın direktoru Orucova Azadə Əsəd qızı 1959-cu il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1984-cü ildən Respublika Elmi-Texniki Kitabxanasında işləyir. Səmərəli və qüsursuz iş fəaliyyətinə görə müxtəlif dövlət qurumları tərəfindən fəxri fərman və təşəkkürlərlə təltif olunub. Ailəlidir, iki övladı var.

 
Mühasibat şöbəsi









 
Kadrlar şöbəsi











 
Təsərrüfat şöbəsi
Şöbə müdiri-Zülfüqarov İlyas Rəhbərəli oğlu Kitabxananın təsərrüfat işləri ilə məşğuldur.








 
Komplektləşdirmə şöbəsi
Şöbə müdiri - Həmidova Şükufə Ağaxan qızı.
Komplektləşdirmə şöbəsinə Respublika Elmi- texniki kitabxanasının sərbast struktura malik olan ən aparıcı şöbələrindən biridir.Elm və Texnikanın inkişaf nailiyyətlərini respublikanın xalq təsərrüfatında tətbiq etməyə kömək etməkdir. Şöbə kitabxananın fondunu müxtəlif mənbələr vasitəsilə zənginləşdirir.Fondu kitab mağazalarından, eyni zamanda hədiyyələr yolu ilə verilən kitablarla, avtoreferatlarla, ildə 2 dəfə yarım illiklərdə yazılan dövrü mətbuatla kompletləşdirir.Şöbənin əsas vəzifələrindən biri il boyu alınan və fonddan silinən ədəbiyyatın hesabatını aparmaqdır, belə ki, yeni alınan ədəbiyyatın inventar kitabında kitabın sərlövhəsi, müəllifi, nüsxələrin sayı, invertar nömrəsi, ili və s. məlumatlar qeyd olunur. Komplektləşdirmə şöbəsinin ən ümdə vəzifəsi kitabxananı adından məlum olduğu kimi elm və texnikanın bu və ya digər sahələrinə aid oxucu sorğusu əsasında elmi- texniki o cümlədən neftə aid ədəbiyyatlarla komplektləşdirir.

 
Elmi Kitabişləmə şöbəsi
Şöbə müdiri - Salmanova Mətanət Ələsgər qızı
RETK- nın elmi- kitabişləmə şöbəsi kitabxana yaranan gündən fəaliyyətə başlamışdır. Şöbə komplektləşdirilmə şöbəsindən qəbul etdiyi ədəbiyyatı texniki qaydada işləyir. Kitablar kartoçkalarda təsvir edilərək UOT – a əsasən təsnifləşdirilir. Hazırlanmış kartoçkaları indeksləşdirərək redaktə edilərək kataloqa düzülür. Elmi şəkildə işlənmiş ədəbiyyat Xidmət şöbəsinə təhvil verilir. Şöbə Azərbaycan və rus dilində olan ədəbiyyatları, jurnalları, ardı davam edən nəşrləri, bir sözlə kitabxanaya daxil olan bütün çap məhsulları rədaktə edir.Bundan əlavə fonddan çıxarılmış, köhnəlmiş , keyfiyyətini itirmiş ədəbiyyatı və dövrü nəşrlərin kartoçkaları kataloqdan müvafiq akt əsasında çıxarılır
 
Xidmət şöbəsi
Şöbə müdiri - Quliyeva Xanım Şirzad qızı
Xidmət şöbəsinin 5 bölməsi oxuculara xidmət göstərir. Bu bölmələr aşağıdakılardan ibarətdir:

1.Abonement bölməsi

2.Oxu zalı bölməsi

3.Fond bölməsi

4.Kitabxanalar arası abonement bölməsi

5.Dx və mübadilə fondu bölməsi

Xidmət şöbəsi oxucu gəlişi, kitab verilişi, oxucu sifarişlərinin qəbulu, onun araşdırılması, oxucuya məlumatların vaxtında çatdırılması prosesini layiqincə yerinə yetirir.Oxucu kitabxanaya üzv olduqdan sonra kataloqdan seçərək xidmət şöbəsinə müraciət edir.Oxucu sorğusu tam təmin edilir. İl ərzində Xidmət şöbəsi bütün tarixi hadisələrin, bayramların, əlamətdar günlərin və digər kütləvi tədbirlərin keçirilməsini təşkil edir.Ən başlıcası tematik (oxucu sorğusu əsasında sərgilərin keçirilməsinin təşkilini həyata keçirir. Oxu zalında yeni alınmış ədəbiyyatın sərgisi və vitrinlərin tez- tez təzələnməsi gündəmdədir.

 
Elmi- Metodik şöbə
Şöbə müdiri - Çubabriya Lyudmila Vladimirovna
Şöbənin əsas vəzifəsi Respublikadakı idarə və müəssisələrin elmi- texniki kitabxana şəbəkəsinə köməkdən, kitabxanaçı kadrların ixtisas artırılmasına istiqamət verməkdən ibarətdir. İl ərzində şöbədə yeni metodik ədəbiyyat üzrə icmallar hazırlanır.RETK Azərbaycan Respublikası ərazisində yerləşən idarə və müəssisələrə Elmi- Texniki Kitabxanalar (ETK) şəbəkəsi üçün metodiki mərkəz hesab olunur. RETK- nın qeydiyyatında hazırda 102 Elmi- texniki kitabxana vardır. Metodik iş əsasən aşağıdakı istiqamətlərdə aparılır: Qabaqcıl kitabxana təcrübəsinin öyrənilməsi və yayılması; metodik sənədlərin hazırlanması; kitabxana işçilərinə metodik təlimat və məsləhətlər; kitabxana kadrlarının ixtisaslarının yüksəldilməsi; kitabxana işinin planlaşdırılması üzrə iş. Kitabxanaçılıq sahəsində qabaqcıl təcrübənin yayılması sahəsində, respublikada kitabxanaçı kadrların ixtisas səviyyəsinin yüksəldilməsi üçün müntəzəm surətdə seminarlar, praktikumlar, fərdi və qrup halında məsləhətlər keçirilir. Elmi- Metodik şöbənin işçiləri tərəfindən kitabxanaya daxil olmuş yeni ədəbiyyatın icmalı hazırlanmışdır. Şöbənin fondunda “ Nauçno- texniçeskiye biblioteki ”, “Biblioteka”, “ Bibliotekovedeniye” kimi jurnallar Elmi- Texniki kitabxana şəbəkəsi işçiləri, kitabxananın əməkdaşları, BDU Kitabxanaçılıq- İnformasiya fakültəsi professor- müəllim və tələbə heyəti tərəfindən istifadə olunur.
 
Məlumat- Biblioqrafiya şöbəsi
Şöbə müdiri - Əkbərova Gülpəri Saleh qızı
1. Respublika Elmi- Texniki Kitabxanasına daxil olmuş kitabların informasiya göstəricisini, elm və texnikanın müxtəlif aktual problemlərinə aid cari və retrospektiv xarakterli biblioqrafik göstəriciləri, “ Biblioqrafiyanın biblioqrafiyası” göstəricisini tərtib edir və nəşr edir. 2. Baş Məlumat Kartotekası (BMK), Ödənilmiş Arayışlar Kartotekasını (ÖAK) təşkil edir. 3. Elm və texnikanın aktual problemlərinə dair yazılı biblioqrafik arayışlar hazırlayır və nəşr etdirir. 4. Məzmunca və keyfiyyətcə köhnəlmiş biblioqrafik materialları fonddan çıxarıb ləğv edir və qeydiyyatı aparır. 5. Respublikanın müxtəlif sənaye müəssisələrinin, idarə və təşkilatlarının sifarişi üzrə mövzu seçmələri tərtib edir. 6. Şöbə oxuculara müxtəlif mövzular üzrə həm yazılı, həm də şifahi biblioqrafik arayışlar verir. 7. Tələbələrlə təcrübə məşğələləri işini həyata keçirir.
 
Xarici ədəbiyyat şöbəsi
Şöbə müdiri - Məmmədova Səlahət Cabbar qızı
Respublika Elmi- Texniki Kitabxanasının xarici ədəbiyyat şöbəsi 1965- cı ildə biblioqrafiya şöbəsinin tərkibində yaranmışdır. Sonralar müstəqil şöbə kimi fəaliyyət göstərmişdir. Kitabxana- biblioqrafiya xidmətinin bütün metod və üsullarından səmərəli istifadə etməklə xarici ədəbiyyatın təbliği və yayılmasını həyata keçirir. Xarici ədəbiyyat şöbəsinin fondu valyuta, reproduksiya və tərcümə edilmiş ədəbiyyatdan ibarətdir. Eləcə də fondun əsasını ingilis, alman, fransız dilində olan jurnallar və kitablar təşkil edir. Həmçininfondda qiymətli ensiklopediyalar, lüğətlər, məlumat kitabları vardır. Texnikanın və sənayenin aparıcı sahələri, neft sənayesi, arxitektura, energetika və elektronika sahələri üzrə ədəbiyyat fondda üstünlük təşkil edir.
 
Differensial Məlumat Xidməti və Tədqiqat şöbəsi
Şöbə müdiri - Xanaliyeva Şəfəq Əliyar qızı
Kitabxananın əsas şöbələrindən biri olan DMX və tədqiqat işləri şöbəsinin əsas vəzifəsi rəhbər işçilər üçün elmi- texniki differensial məlumatın seçilməsi, işlənməsi və onlara çatdırılmasıdır. Oxuculara xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədqiqat işləri aparan şöbə kitabxanaya daxil olan oxucu sorğularını araşdıraraq elm və texnikanın sahələrinə görə qruplaşdırır.Bundan başqa şöbə kitabxanaya müraciət edən oxucuların tərkibini də araşdıraraq qruplara bölür.

 
İnformasiya Texnologiyaları şöbəsi
Şöbə müdiri - Mustafazadə Aygül Riza qızı
İnformasiya Texnologiyaları şöbəsi müəyyən obyekt və ya proses haqqında yeni məlumatlar almaq üçün məlumatların alınması, toplanması, işlənməsi, mühafizəsi və onun istifadəsini təmin edir.Şöbə fəaliyyətini kitabxananın digər şöbələri ilə, habelə yeri gəldikdə başqa kitabxanalarla əlaqədə həyata keçirir.Şöbəyə müxtəlif mənbələrdən material və məlumatların daxil olması, onların sistemləşdirilməsi və istifadəsi qaydalarını işləyib hazırlayır.Məlumat daşıyıcılarından istifadəni, elektron avadanlıqlarının istifadəçilər arasında və şöbələr arasında bölüşdürülməsini tənzimləyir. Kitabxananın fondunda olan kitabların itmiş, cırılmış və aşınmaya məruz qalmış üz qabığı və vərəqlərini bərpa edir.Oxucuların ehtiyacı olduqda kitab və jurnalların sürətinin çıxarılaraq oxucuya təqdim edilməsi prosesini həyata keçirir. Hesabat , biblioqrafik arayış və digər lazımi sənədləri hazırlayıb müvafiq şöbələrə təqdim edir. Elektron ünvanına gələn oxucu sorğularını Xidmət şöbəsinə yönəldir. Hal- hazırda RETK-nın İnformasiya Texnologiyaları şöbəsi kitabxana fondunun elektronlaşması prosesini həyata keçirir. Yeni alınan və retro nəşrlər elektron kataloq sisteminə daxil edilir.

 
Respublika Patent fondu

Şöbə müdiri - Qarayeva Rəqibə Məmmədşah qızı
1967- ci ildə təşkil olunmuş Respublika Patent fondu 27 dildə dünyanın 35 ölkəsinin beynəlxalq və avropa patent idarələrinin sənədləri ilə komplektləşdirilmişdir. Respublika Patent Fondu beynəlxalq ixtira təsnifatının bütün mövzu rurikalarına görə çapdan çıxan müəllif şəhadətnamələri ilə ( kağız daşıyıcıda, mikrofilm və mikrofiş ) halında komplektləşdirilmişdir. Respublika Patent Fondunun tərkibinə aşağıdakı göstərilən növlərdə patent sənədləri daxildir: 1. Keçmiş SSR- nin patent sənədləri fondu; 2. Xarici ölkə sənədlərinin fondu; 3. ÜİETMİ- nin rus dilində xarici ölkə ixtiraları haqqında biblioqrafik və referativ məlumatları əks etdirən bülletenler; 4. Sənaye nümunələri haqqında məlumat materialları 5. Patent- lisenziya, patent- məlumatı ixtiraçılığa aid rəsmi və normativ sənədlər; 6. Keçmiş SSR və xarici sənədlərinə soraq – axtarış aparatı materialları; 7. Ixtiraçılığa, patent hüquqi və patent lisenziya məsələlərinə dair tədris, metodiki və axtarış ədəbiyyatı; 8. Ixtiraçılıq və patentşünaslığa dair dövrü nəşrlər; 9. Soraq, lüğət ədəbiyyatı. Respublika Patent Fondu hal- hazırda aşağıdakı nəşrləri alır: 1. «Mejdunarodnoye publiçnoye i çastnoye pravo» 3 nüsxə (rus dilində)-ildə 6 nüsxə 2. «İntellektualnaya sobstvennost» 3 nüsxə (rus dilində)- ildə 12 nüsxə 3. «Patenti i lisenziyi» 3 nüsxə (rus dilində)- ildə 12 nüsxə 4. Sənaye mülkiyyəti- ildə 4 nüsxə 5. Elmi- Texniki Kitabxanaya verilən hədiyyələrdən (kitab) -1 nüsxə Azərbaycan Respublikası Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsi tərəfindən verilir: 1. Patentə məxsus sənaye nümunəsinin təsviri; 2. Patentə məxsus ixtiranın təsviri;
 

Respublika Normativ- Texniki sənədlər fondu

Şöbə müdiri– Qazıyeva Aygün Akif qızı
Normativ texniki sənədlər fondu 1964 cü ildə yaradılmışdır. 1. Normativ- Texniki sənədlərinin kompleksi və elmi işlənməsi şöbəsi; 2. Sənaye kataloqlarının kompleksləşdirilməsi və elmi işlənməsi şöbəsi; 3. Xidmət və kütləvi işlər şöbəsi; Fondun məlumat axtarış sistemi lazım olan (əlifba sistemli, nömrəli, predmet kataloqları) sənədlərin operativ şəkildə tapılmasında oxucuya kömək edir. Normativ Texniki Sənədlər fondu hazırda aşağıdakı nəşrləri alır: 1. Standartı i kaçestvo.(rus dilində) 2. Metrologiya I gidrologiya. (rus dilində) 3. İzmeritelnaya texnika .(rus dilində)