Azərbaycan Respublİkasının Əqlİ Mülkİyyət Agentlİyİnİn
Respublİka Elmİ Texnİkİ Kİtabxanası
Ünvan: AZ 1078, Bakı Şəhəri, Mərdanov qardaşları küçəsi 124, Telefon: +994 (012) 449 62 56
Elektron poçt: retk95@mail.ru
İş qrafiki: həftənin bütün günləri (bazar günü istisna olmaqla) 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Respublika Elmi-Texniki Kitabxanasında Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Keçirilən tədbirdə kitabxananın direktoru Azadə Orucova çIxış edərək bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çoxmürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsiilə üzləşdi.Bir tərəfdənErmənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017- ci il 16 may tarixli sərəncamına əsasən RETK- da Xalq Cümhuriyyətinin şanlı tarixini əks etdirən güşə və stendlər yaradılmışdır.Tədbirin sonunda tədbir iştirakçıları tərəfindən stend və güşələrə baxış keçirildi. Qonaqlara təqdim olunan şəkil güşəsi və stendlər böyük maraqla qarşılandı.
 
31 Mart - Azərbaycanlıların Soyqırımı

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin Respublika Elmi Texniki kitabxanasında da bu mövzuda tədbir keçirildi .Direktor Azada xanım cıxış edərək bildirdiki, Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Azadə xanım kollektivə xatırlatdıki, təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi,Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.Tədbirin sonunda ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
 

26 il Xocalısız...
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi-Texniki Kitabxanasında Xocalı faciəsinin 26-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Keçirilən tədbirdə kitabxananın direktoru Azadə Orucova çıxış edərək ,Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb. O, qeyd etdiki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında fevralın 25-dən 26-na keçən gecə rastlaşdı. Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. A.Orucova sözünə davam edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin sonunda kitabxana kollektivi Xocalı qətliamını əks etdirən şəkillərdən ibarət sərgi ilə tanış oldu.




 
20 YANVAR

18 yanvar 2018-ci il tarixində Respublika Elmi-Texniki Kitabxanası və Nərimanov rayon MKS 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir-müzakirə keçirdilər.Tədbir Respublika Elmi-Texniki Kitabxanasında təşkil edildi.Tədbirdə hər iki kitabxananın əməkdaşları və fəal oxucuları iştirak etdilər.İlk öncə bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı Respublika Elmi-Texniki Kitabxanasının direktoru A.Orucova və kitabxananın əməkdaşı G.Ələkbərova, Nərimanov rayon MKS-inin Mərkəzi kitabxanasının Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri T.Məmmədova çıxış etdilər. Onlar xalqımızın yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsi, həmin dövrdəki siyasi vəziyyət və xalqımızın qırılmaz iradəsi haqqında geniş məlumat verərək bildirdilər ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.Bu tarix xalqımızın igid oğul və qızlarının sayəsində düşmənə qarşı cəsarətli mübarizə apardığı şanlı tarixin ən bariz sübutudur. Daha sonra kitabxananın İnformasiya texnologiyaları şöbəsinin müdüri A.Mustafayeva şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeir söylədi. Sonda 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilmiş video-çarxa baxış keçirildi.
 

Əsrin müqaviləsi

20 sentyabr Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi- Texniki Kitabxanasında “Əsrin müqaviləsi”nin imzalanmasının 23 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbiri direktor A.Orucova açaraq 1994-cü il sentyabrın 20-də ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində Bakıda transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının neft ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətini qeyd etdi.O öz çıxışında vurğuladi ki,“Əsrin müqaviləsi”nin imzalanması Odlar Yurdu Azərbaycanın qədim neft ölkəsi kimi əvvəlki şöhrətini özünə qaytarıb.Çıxışlarda bildirildi ki, bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib.

Tədbirin sonunda oxucular üçün neft haqqqında ədəbiyyatdan ibarət kitab sərgisi keçirildi.
 

"28 MAY-Respublika Günü"
Respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan,28 May - Respublika Günü Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi- Texniki Kitabxanasında da qeyd edildi.Tədbiri kitabxananın direktoru Azadə xanım açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün barədə tədbir iştirakçılarına bildirdiki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik,dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi.

Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. həmin vaxtdan 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Direktor A.Orucova Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün münasibətilə kollektivi təbrik etdi.
 
"9 MAY-Faşizm üzərində Qələbə Günü"

RETK-da 9 May - faşizm üzərində Qələbə Günününə həsr olunmuş tədbir keçirildi. Direktor A.Orucova tədbir iştirakçılarına bildirdiki, XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb.Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və onlar öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.Bu gün həm də Azərbaycanın əzəli torpaqlarından olan Şuşa şəhərinin işğalından 25 il keçir.Tədbirin sonunda 1941-1945-ci illərdə və Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 

26 Aprel-"Beynəlxalq Əqli Mülkiyyət Günü"
Hər ilin 26 aprel tarixinin dünyada "Beynəlxalq Əqli Mülkiyyət Günü" kimi qeyd olunması barədə qərar Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə qəbul edilmişdir.26 aprel tarixinin seçilməsi təsadüfi deyil.Həmin tarixdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında 1970-ci il Konvensiyası qüvvəyə minmişdir. Bu günü elan etməklə ÜƏMT milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır. Azərbaycan Respublikasında 26 Aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü" 2001-ci ildən qeyd olunur.Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi- Texniki Kitabxanasında bu əlamətdar günlə bağlı keçirilən tədbirin əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin əvəzedilməz əhəmiyyətini qabarıq şəkildə göstərməkdən ibarətdir. RETK- nın direktoru O.Azadə xanım çıxış edərək bildirki,əqli mülkiyyət elm, texnika və mədəniyyətin inkişafının mühüm amilidir. Əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti bu gün də uğurla davam etdirilir,Patent fondunda patent ədəbiyyatının (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı,mikrofilmlərin, qorunması zəruridir.Tədbir iştirakçıların və oxucuların çıxışıyla davam etdirildi.
 
31 Mart - Azərbaycanlıların Soyqırımı

1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi- Texniki kitabxanasında “31 mart- Soyqırım” gününə həsr olunmuş yığıncaq keçirildi.Yığıncaqda iştirakçılar soyqıırm qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 

Hamlet İsaxanlı - Yaradıcılıq günü
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi- Texniki Kitabxanasında riyaziyyatçı, fizika- riyaziyyat elmləri doktoru, professor, şair Hamlet İsaxanlının ad günü münasibətilə yaradıcılıq günü keçirildi.Tədbirdə kitabxananın direktoru A.Orucova Hamlet İsaxanlı haqqında çıxış edərək onun yaradıcılıq həyatından geniş söhbət apardı.Hamlet İsaxanlı yüksək tədqiqatçı gücünə və geniş riyazi mədəniyyətə malik alim kimi tanınmışdır.O, riyaziyyat və tətbiqi elmlərin öz- özünə qoşma olmayan operatorlar nəzəriyyəsi, çox parametrli spektral nəzəriyyə, birgə spektlər nəzəriyyəsi, differensial tənliklər, ədədi oblastlar, iqtisadiyyatın riyazi modelləri kimi müxtəlif sahələrində ciddi nəticələr almışdır. Hamlet İsaxanlı müasir çoxparametrli spektrial nəzəriyyənin yaradıcılarından biri hesab olunur.O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva, riyaziyyat məktəbinin nümayəndəsi olmaqla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, Kanada və s. ölkə elmi məktəblərinin uğurlarından da bəhrələndi. Hələ Sovet “Dəmir Pərdə” dövründə o, çətinliklərə baxmayaraq, qərb ölkələrini yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli professor kimi çalışaraq da kəşf edir, öyrənirdi. Sonralar da Avropa, Amerika, Asiya və Afrika da yerləşən müxtəlif elm mərkəzləri, akademiya və universitetlər onu mühazirələr oxumağa, birgə tədqiqatlar aparmağa, elmi konfranslarda çıxışa dəvət etdilər. O, da öz növbəsində xarici həmkarlarını mühazirələr oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva və Bakıya dəvət etdi. Artıq Sovet dövründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdur. H.İsayev riyaziyyat üzrə tədqiqatlarını SSRİ Elmlər Akademiyası üzvləri N.N.Baqolyubov, SSRİ Elmlər Akademiyası üzvləri , V.S.Vladimirov, S.M. Nikolski, Lenin mükafatı laureatları B.M. Levitan və V.B.Lidski, elecə də A.Q.Kostyuçenko, A.A. Dezin, V.A.Sadovniçi (hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru ), professor P.J.Braın (Kalqari Universiteti ) və digər görkəmli riyaziyyatçıları, o cümlədən Azərbaycan riyaziyyatçıları Zahid Xəlilov, Mirabbas Qasımov yüksək qiymətləndirdilər. Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “ilin ən yaxşı işləri” siyahısına daxil edilmişdir. Tədbir kitabxanaçıların Hamlet İsaxanlı haqqında olan məqalələri oxumasıyla davam etdi.Tədbirin sonunda riyaziyyat elminə aid en son nəşr olan kitabların sərgisi keçirildi, kitablar oxuculara təqdim edildi.


 

Respublika Elmi-Texniki Kitabxanasının Normativ Texniki Sənədlər Fondunda Kəmalə Abıyevanın oxucular ilə görüşü
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi- Texniki Kitabxanasının Normativ Texniki Sənədlər Fondunda Kəmalə Abıyevanın oxucular ilə görüşü keçirildi.Tədbiri çıxış sözü ilə Kitabxananın direktoru A.Orucova açdı.Azadə xanim ilk öncə qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə RETK- nın xanım kollektivini və xanım oxucuları təbrik etdi.Təbrikə həmçinin K.Abıyeva da qoşuldu. O da, öz ürək sözlərini həm xanim oxuculara, həm də kollektivə çatdırdı, öz gözəl qələminin nümunələrini oxucularıyla və RETK- nın əməkdaşlarıyla bölüşdü.Qadınların dünyada və cəmiyyətdə əvəzolunmaz rolu,bir ana və həyat yoldaşı kimi yaşadığı qayğılardan söhbət açıldı.Qeyd edildi ki, xanımlar nəinki gözəl və qayğıkeş ana,həyat yoldaşı, həm də dövlət idarəçiliyində əvəzolunmaz siyasi xadim olurlar. Heydər Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti təyin olunması da xanımların cəmiyyətdə tutduğu mövqeyin bariz nümunəsidir. Görüş də oxucular öz sual və ürək sözlərini gözəl şairə Kəmalə xanıma ünvanladılar.Görüş şeirlərin səslənməsiylə davam etdi.

Kamalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980 - ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olub. İlk şeir və hekayələrini 70-ci illərdə hələ məktəbli olarkən yazıb. Tələbəlik illərində ara-sıra mətbuatda şeirləriylə çıxış etsə də, bədii yaradıcılığa 80-ci illərdə başlayıb. 1988-ci ilə qədər şeirləri o dövrün bütün mətbu orqanlarında-qəzet və jurnallarında, eləcə də müxtəlif almanaxlarda - “Azərbaycan”, ”Gənc istedadlar”,”Yaşıl budaqlar”, “Bahar çiçəkləri” və s. dərgilərdə yer alıb. Həmin illərdə Azərbaycan Dövlət televiziya və radio şirkətinin əməkdaşı, müxbiri işləyib. 1981-ci ildə yaradılan Azərbaycan LKGİ-nın Respublika Gənc Yazıçılar birliyinin üzvü olub. 1988-1998-ci illərdə Qarabağ hadisələri ədəbi fəaliyyətində durğunluq yaratdı. Kamalə xanım heç bir mətbu orqanda görünmədi. Nəhayət, 1999-cu ildə istedadlı bəstəkar Aygün Səmədzadənin bəstələdiyi “Məktəb illəri” mahnısının söz müəllifi yenidən hamını sevindirdi. Həmin ildə “Yağış yağır bu şəhərə” oxuculara təqdim olunub. 6 şeir və bir şeir və hekayələr kitabının müəllifidir. Sözlərinə yazılan onlarla mahnı –“Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Özün günahkarsan”, “Uşaqlığım”,”Bu sevgi”,”Bakı haqqında nağıl”, “Azərbaycan”,”Yada salma özünü” və s. dillər əzbəridir. Sözlərinə ilk mahnıları Oqtay Kazımi yazsa da, Aygün Səmədzadə, Kamal, Elçin İmanov, Nadir Əzimov, Tahir Əkbər, Aynur Adil qızı və başqa bəstəkarlarla uzun müddətdir yaradıcılıq əməkdaşlığı edir. Mahnı mətnləri müxtəlif yarışmalarda qalib olub. Eləcə də rus dilindən tərcümələr edir. İstedadlı yazar Aysel Əlizadənin rus dilindən tərcümə etdiyi kitabların redaktorudur: Oşo-“Kişilərin kitabı”,”qadınların kitabı”; Platonov “Kotlovan”; Aqata Kristi “Qolf meydançasında qətl” bu qəbildən olan tərcümə kitablarıdır. Şeirləri rus, özbək, türk, ingilis dillərinə tərcümə olunub. K. Abiyeva Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


 
“Xocalı faciəsi” nin 25- ci il dönümü ilə bağlı anım tədbiri
24 fevral Respublika Elmi- Texniki Kitabxanasında “Xocalı faciəsi” nin 25 ci il dönümü ilə bağlı tədbir keçirildi.Tədbirdə kitabxana kollektivi, oxucular və digər qonaqlar iştirak etdilər.Tədbiri RETK- nın direktoru A.Orucova açdı, bildirdi ki, “Xocalı faciəsi” bizim qan yaddaşımızdır.Bu hadisə də mənfur qonşumuzun yırtıcı,faşist siyasətinin qurbanıdır.Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildə Xocalı hadisələrinə siyasi qiymət verildi,Hər il 17-00 da harada olmağından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı 1 dəqiqəlik sükutla “Xocalı şəhidlərini” anır.

Tədbirdə həmçinin kitabxana əməkdaşları və qonaqlar da çıxış etdilər.Şöbə müdürləri Ş.Xanaliyeva, A.Mustafazadə,G.Əkbərova, kitabxanaçılardan S.Quliyeva,E.Səmədova və oxucular çıxış edərək həm bu qanlı hadisəni yad etdilər, həm də faciə ilə bağlı yaddaşlarında olanı tədbir iştirakçılarıyla bölüşdülər.Erməni təcavüzçülərinin törətdiyi əməlləri bütün dünyaya tanıtmağın, yeni nəslin bütün bunları dərindən öyrənərək yetişməsinin vacibliyi diqqətə çatdırıldı.Tədbirin sonunda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.


 
2 fevral RETK-da Gənclər günü ilə bağlı tədbir keçirilmişdir

2 fevral tarixində Respublika Elmi- Texniki Kitabxanasında Gənclər günü münasibətilə tədbir keçirildi.Tədbirdə kitabxananın direktoru A.Orucova və şöbə müdürləri çıxış etdilər. Gənclərin respublikanın mədəni- ictimai- idman və siyasi həyatındakı rolundan söhbət edildi.Gənclərin yarış və turnirlərdə Azərbaycan dövlətinə qazandırdığı uğurlar geniş şəkildə müzakirə olundu.Şöbə müdürləri A.Mustafazadə, Ş.Xanəliyeva, kitabxanaçılardan Z.Məmmədzadə, N.Salayeva və digərləri də çıxış edərək bugünki tarixin önəmini bir daha tədbir iştirakçılarına qeyd etdilər.

 

20 Yanvar faciəsinin 27- ci il dönümü ilə bağlı RETK-da tədbir keçirilmişdir

20 Yanvar faciəsinin 27- ci il dönümü ilə bağlı Respublika Elmi- Texniki kitabxanasında anım tədbiri keçirilmişdir.Tədbiri çıxış sözü ilə direktor A.Ə.Orucova açdı.O, erməni qəddarlığının,Azərbaycan xalqına qarşı keçirilmiş bu amansız qətl hadisəsinin tarixini iştirakçılarla bölüşdü. Xalqımızın şəhidlərini uca tutduğunu, yeri gəldikdə yenə də torpaqlarımızın azadlığı uğrunda xalqımızın daima düşmənlərlə döyüşə hazır olduğunu qeyd etdi.Bu hadisənin daim yaddaşlarda yaşayacağını, şəhidlərin, azadlıq uğrunda canından keçənlərin dillərdə daim əzbər qalacağını qeyd etdi.Tədbirdə G.Əkbərova, İ.Adilqızı və digər kitabxanaçılar çıxış edərək bu qanlı hadisə ilə bağlı şahidləri olduqları anları gənc həmkarlarıyla bölüşdülər.Tədbirdə Şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.Respublika Elmi- Pedaqoji kitabxanasının əməkdaşları,Nərminanov MKS- in əməkdaşları, BDU- nun kitabxanaçılıq fakültəsinin müəllimləri və oxucularımız iştirak edərək, bu qanlı faciənin gələcək nəslə ötürülməsinin, yaddaşlara əbədi yazılmasının ən önəmli işlərdən biri olduğunu qeyd etdilər.






 




 

RETK-da ilin yekunlarına həsr edilmiş hesabat iclası

19 dekabr 2016-cı il tarixində Respublika Elmi- Texniki kitabxanasında "2016- cı il üzrə görülən işlərin yekunu haqqında" iclas keçirildi. İclasda kitabxananın şöbə müdürləri və direktor iştirak etdi.İclası RETK- nın direktoru A.Orucova açdı, RETK- nın 2016- cı il ərzində apardığı işlərin hesabatı barədə danışdı.İclasda il ərzində görülən işlər, keçirilən tədbirlər haqqında müzakirə edildi. Şöbə müdirləri yekun hesabatı verdilər.Kitabxananın elmi katibi Z.Babayeva, şöbə müdürləri Ş.Xanəliyeva, A.Mustafazadə, L.Çubaryova çıxış edərək 2016- cı il üzrə Kitabxanada görülən işlər barədə təfsilatlı məlumat verdilər.İclasda kitabxananın elektronlaşdırılması prosesi haqqında da müzakirə aparıldı, şöbə müdüri A.Mustafazadə işlərin gedişatı barədə iclas iştirakçılarına ətraflı məlumat verdi.





 

"QİÇS-ə qarşı mübarizə günü"
01 dekabr 2016-cı il tarixində Nərimanov rayon Mərkəzi Kitabxana və Respublika Elmi - Texniki kitabxanası ilə birlikdə "QİÇS-ə qarşı Mübarizə günü" ilə əlaqədar olaraq dəyirmi masa keçirildi. Respublika Elmi - Texniki kitabxananın direktoru Orucova Azadə və Nərimanov rayon Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin operatoru İsmayılova Alina bu günün mahiyyəti haqda geniş məlumat verərək çıxış etdi. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), İnsanda İmmunçatışmazlığı Virusu (İİV) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahir formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir. İnsanın immun çatişmazliği virusunun törətdiyi HİV infeksiyası dünyada geniş vüsət almışdır. Daha sonra isə RETK- nın kitabxanaçıları və Nərimanov rayon MKS-nin direktor müavini Aslanova Sara mövzuyla bağlı çıxış etdilər.




 
Ümummilli lider Heydər Əliyevin anım günü
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu... Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi... 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu... 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü... Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı... ... Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət kəsilmək kifayətdir... Heydər Əliyev hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü ... 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzaranı qat-qat yüksəldi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırılaraq 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvələrində ən nüfuzlu ali məktəblərərespublikamızdan təhsil almağa göndərilənlərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan 2 respublikasından birinə çevrildi... 1993—2003-cü illər də ulu öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi... Ümummilli liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin müddətdə Ümumi Daxili Məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi. Ümummilli liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu öndər strateji hədəfləri zərgərdəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasət, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzaranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair ümummilli liderin başlıca strateji hədəfləri idi. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır... Ümumilikdə, ulu öndərin Azərbycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi... ... 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür... O da ən ümdə xəyalları gerçəyliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir... Məhz Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarımkönül münasibət bəsləyən millətlər indi bütün varlıqları ilə Azərbaycana əl üzadır, strateji dostluq andı içirlər... Hazırda sözün böyük mənasında doğma Azərbaycanımız 21-ci əsrin nur qapısıdır... Ölkəmiz zəngin iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir... Respublika Elmi- Texniki Kitabxanasında ulu öndərin anım mərasimi ilə bağlı tədbir keçirildi.Tədbirdə kitabxananın direktoru A.Ə.Orucova və kitabxana əməkdaşlarıl çıxış edərək ulu öndər H.Əliyev cənablarının yeritdiyi uğurlu siyasətdən, Azərbaycan xalqına qazandırdığı müstəqil ölkə quruculuğundan söhbət açdılar.Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.




 
Ümumdünya əməyin mühafizəsi günü

Ümumdünya əməyin mühafizəsi günü münasibətilə keçirilmiş tədbirdə Kitabxana Əməkdaşları və tədbirə gələn qonaqlar çıxış etdilər. Əməyin mühafizəsi , təhlükəsizlik qaydaları və iş zamanı təhlükəsizliyin mühafizəsi ilə bağlı məlumatlar tədbir iştirakçılarına çatdırıldı.




 
Hərəyə bir ağac
Ekologiya günü münasibetilə kitabxana rəhbərliyi əməkdaşlarla bərabər yaşıllaşdırma tədbiri təşkil etdilər.Ekologiya günü münasibətilə "Hərəmizə bir ağac" şuarı ilə tədbirdə Kitabxana əməkdaşları basda direktor olmaqla kitabxana əməkdaşları fəal iştirak etdilər.